Ayaq problemləri

Ayaq ağrısı və tez yorulma

Qısa cavab

Gün ərzində ayaqda yığılan yorğunluq və ağrı çox vaxt yükün ayaq altında qeyri-bərabər paylanması ilə əlaqəli ola bilər. Xüsusilə uzun müddət ayaq üstə işləyənlərdə, çox gəzənlərdə və uyğun olmayan ayaqqabı geyinənlərdə belədir. Ayaq ağrısının çoxlu başqa səbəbləri də var. Şişkinlik, qızartı, gecə ağrısı, travma və ya hərarət varsa, ilk növbədə həkimə müraciət etmək lazımdır.

Ümumi məlumat

Uşaqlarda

Uşaq tez yorulursa, tez-tez qucağa istəyirsə, az gəzəndən sonra oturmaq istəyirsə, pəncədə, topuqda və ya dizdə ağrıdan şikayət edirsə, ayağın quruluşu qiymətləndirilməlidir. Axşamlar hər iki ayaqda olan, səhər keçən ağrı çox vaxt zərərsizdir. Bunlar isə pediatr və ya ortoped müayinəsi tələb edir:

  • bir tərəfli ağrı, axsama, şişkinlik və ya qızartı;
  • uşağı gecə yuxudan oyadan ağrı;
  • hərarət, ümumi halsızlıq;
  • travmadan sonra ağrı.

Böyüklərdə

Gün sonu ayaq və baldır ağrısı, dabanda ağrı, uzun müddət ayaq üstə qalanda yorğunluq. Mərkəzin paylaşımında ayaq, diz və bel ağrılarının tez-tez rast gəlinən səbəbləri belə sadalanır: uzun müddət oturaq həyat, yanlış duruş və oturuş, əzələ zəifliyi və gərginlik, artıq çəki, bel yırtığı və sinir sıxılmaları, diz qığırdağının problemləri (artroz), yanlış ayaqqabı seçimi, keçirilmiş travmalar. Ayağın yerə düzgün basmaması dizə, çanağa və belə əlavə yük sala bilər. Ona görə diz və bel ağrısında ayaq da qiymətləndirilir. Diz ağrınızın səbəbi ayaqda ola bilərmi?

Ayaq sağlamlığında tez-tez edilən səhvlər (mərkəzin paylaşımından)

  • Müayinəsiz hazır dabanlıq almaq. Hər ayaq fərqlidir, yanlış seçilmiş içlik problemi dərinləşdirə bilər.
  • Yalnız ağrıya fokuslanmaq. Ağrının olduğu yer həmişə əsas problem deyil, mənbəyini tapmaq lazımdır.
  • Ayağı qiymətləndirmədən diz və bel ağrısını müalicə etmək.

Sağlam Addımda

Ayaq müayinəsi, FootBalance analizi, yeriş və duruşun qiymətləndirilməsi; ehtiyac olduqda fərdi supinator və məşq proqramı; digər səbəb şübhəsində müvafiq həkimə yönləndirmə.

Tez-tez soruşulan suallar

Uşaq axşamlar ayaq ağrısından şikayət edir — nə etməli?

Ağrı hər iki ayaqdadırsa, səhər keçirsə, uşaq gündüz rahat qaçıb-oynayırsa, çox vaxt təhlükəli deyil. Yenə də tez yorulma və ayağın içə basması varsa, ayaq müayinəsi faydalıdır. Bir tərəfli ağrı, axsama, şişkinlik, hərarət və ya gecə yuxudan oyadan ağrı olduqda pediatr və ya ortoped müayinəsi lazımdır.

Hansı ayaq ağrısında gecikmədən həkimə müraciət etmək lazımdır?

Travmadan sonra ayağa basa bilməmək, güclü şişkinlik, qızartı və istilik, hərarət, keyimə və ya hissiyyatın itməsi, rəng dəyişikliyi və diabeti olan insanda ayaqda yara. Bu hallarda gecikmədən həkimə müraciət edin.

Bu səhifədəki məlumat maarifləndirmə məqsədi daşıyır və mütəxəssis müayinəsini əvəz etmir. Tibbi xəbərdarlıq

Tez-tez axtarılanlar

Qəbula yazılış

Qəbula ən azı bir gün əvvəl yazılmaq lazımdır. Formu doldurun: göndər düyməsi mesajınızı WhatsApp-da hazırlayacaq. Zəng etmək və ya Instagram-da yazmaq da olar.

Diaqnoz və ya sənəd tələb olunmur. Göndər düyməsi WhatsApp-ı hazır mesajla açır; məlumat saytda saxlanılmır.

Rəqəmsal vizitkart

Lalə Dustiyeva

Podiatr · Sağlam Addım

Bakı, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 393 (Araz marketin yanı, 2 saylı tibb kollecinin qarşısı)

Kontaktı telefona yazın

Çərəz ayarları